AZAL ötən il 4 milyondan çox sərnişin daşıyıb
2025-ci ildə "Azərbaycan Hava Yolları" QSC (AZAL) 4,16 milyon nəfər sərnişin daşıyıb.
Bu barədə BAKU.WS-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisə 3 % çoxdur.
3,4 milyon sərnişin isə beynəlxalq istiqamətlərdə səfər ediblər. Bu, 2024-cü illə müqayisədə 3 % çoxdur.
AZAL-ın tranzit xidmətindən isə 974 min sərnişin istifadə edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 30 %-lik artım deməkdir.
Məlumata əsasən, təkcə Bakı-Naxçıvan istiqamətində sərnişinlərin sayı 735 min nəfər təşkil edib. Sərnişin dövriyyəsində 2 %-lik artım qeydə alındığı halda bu marşrut üzrə icra olunan uçuşların sayı 6 % artaraq 7 min 261 uçuşa çatıb.
Ötən il Azərbaycanın aviasiya tarixində mühüm strateji mərhələ kimi də yadda qalıb. İşğaldan azad edilmiş ərazilərdə inşa olunan üçüncü beynəlxalq aeroport – Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilib. Bu layihə regionun sosial-iqtisadi inkişafına, eləcə də ölkənin aviasiya xəritəsində Qarabağın mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın sığorta bazarı 11 % böyüyüb
Ötən il Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə təxminən 1,5 milyard manat sığorta haqqı toplanılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azə...