AZAL "Airbus A321-200NX tipli" üç hava gəmisini icarəyə götürüb
30
dek
2025
18:04
"Azərbaycan Hava Yolları" QSC (AZAL) "Avolon Leasing Ireland 3 Limited" şirkəti ilə "Airbus A321-200NX" tipli üç hava gəmisinin icarəsinə dair əməliyyat lizinqi müqavilələri bağlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, həmin təyyarələrin 2026-cı ilin dekabr - 2027-ci ilin mart ayları aralığında təhvil verilməsi planlaşdırılır.
Bundan başqa, bu il AZAL lizinq müqavilələri əsasında təhvil alınmış iki yeni "Airbus A320-251N" tipli hava gəmisinin hesabına donanmasındakı hava gəmilərinin sayını 33-ə çatdırıb.
Oxşar xəbərlər
Mikayıl Cabbarov: "Azərbaycan konnektivlik və tranzit mərkəzi kimi rolunu artırır"
Azərbaycan konnektivlik və tranzit mərkəzi kimi rolunu artırır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keç...