Aydın Kərimov: "Şuşa ilə Xankəndini birləşdirəcək kanat layihəsi nəzərdə tutulur"

Aydın Kərimov: Şuşa ilə Xankəndini birləşdirəcək kanat layihəsi nəzərdə tutulur
İqtisadiyyat 36

"Qarabağın iqtisadi potensialı böyükdür, Şuşa şəhəri isə birbaşa turizmə bağlıdır. Təklif edilən həllər turizm infrastrukturunun yaradılmasıdır. Otellərin tikintisi davam edir. Hazırda Şuşada 600-ə yaxın qonaqlama var, bunun 3000-4000 qonaqlamaya çatdırılması planlaşdırılır".

BAKU.WS xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov World Urban Forum 13 çərçivəsində keçirilən "Postmünaqişə dövründə şəhərsalma planlaması: itirilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin qurulması" adlı tədbirdə səsləndirib.

O qeyd edib ki, bu layihələr özəl investisiyalar hesabına reallaşdırılır. Aydın Kərimov çıxışı zamanı Şuşa ilə Xankəndi arasında kanat yolunun çəkiləcəyini də vurğulayıb:

"Şuşada xüsusi və yeni sanatoriya kompleksi yaradılacaq. Biz Şuşanı turizm paytaxtına çevirmək fikrindəyik. Gələn il Şuşa ilə Xankəndini birləşdirəcək kanat layihəsi nəzərdə tutulur. Bu 12 dəqiqəlik yol olacaq və hər iki şəhərin turizm potensialına yaxşı təsir edəcək".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər