Avtomobil nömrələri ilə bağlı vacib qərar

Avtomobil nömrələri ilə bağlı vacib qərar
İqtisadiyyat 4299

 

"Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydasının təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edilib. 

BAKU.WS-in Nazirlər Kabinetinə istinadla verdiyi məlumata görə, "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də bir sıra dəyişikliklər edilir:

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının nəqliyyat vasitələri ümumi əsaslarla qeydiyyata alınır. 

Diplomatik nümayəndəlik və konsulluqlarına, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlara, habelə onların diplomatik personalı və bu personalın ailə üzvlərinə məxsus nəqliyyat vasitələrinin qeydiyyata alınmasının xüsusiyyətləri:

Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqları, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlar, habelə onların diplomatik personalı və bu personalın ailə üzvləri onlara məxsus xidməti və şəxsi nəqliyyat vasitələrinin qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə qeydiyyat orqanına müraciət edirlər.

Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnaməsi və "D” seriyası üzrə dövlət qeydiyyat nişanı verilir. Yəni, artıq sadalanan xarici müəssisələrin və xarici ölkələrin vətəndaşlarına nəqliyyat vasitələri üçün sarı rəngdə dövlət qeydiyyat nişanları verilməyəcək.

Diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların inzibati-texniki və xidməti personalına və bu personalın ailə üzvlərinə "T” seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.

Fəxri konsulluqların nəqliyyat vasitələrinə "FK” seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Tarif Şurası dərmanların qiymətini bir qədər də ucuzlaşdırdı

Tarif Şurası dərmanların qiymətini bir qədər də ucuzlaşdırdı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir....

1719 Sosial 21:29 25 avqust 2015

Son xəbərlər