Avropa Komissiyası bürokratik rekordu yenilədi
Avropa Komissiyası (AK) 2025-ci ilin yanvarından oktyabr ayının sonunadək istehsalat sahibkarlığı sahəsində 1000-ə yaxın altqanun aktı qəbul edərək yeni bürokratik rekord müəyyənləşdirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti Almaniya Metallurgiya və Elektrotexnika Sənayesi İşəgötürənlər Birliyinin (Gesamtmetall) hesabatına istinadən xəbər verir.
Nəşrin məlumatına görə, 2025-ci ilin yanvarından oktyabrın sonunadək AK ümumilikdə 952 sözügedən icraedici hüquqi akt qəbul edib ki, bu da bütün müşahidə dövrü üçün rekord göstəricidir.
Söhbət artıq qəbul edilmiş Avropa İttifaqı normalarını detallaşdıran və faktiki olaraq işə salan sənədlərdən gedir.
2024-cü ilin oktyabr ayının sonuna qədər 898 icraedici akt qəbul edilmişdi. 2023-cü ildə isə onların sayı 854-ə çatmışdı.
Oxşar xəbərlər
SOCAR-ın idarəsi 3 ayda qeyri-neft ixracından 35 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 35,3 milyon ABŞ dolları dəyərində qeyri-neft...