"AtaBank" bağlanır?
11
okt
2019
21:04
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda fəaliyyət göstərən daha bir bank bağlanır.BAKU.WS-in etibarlı mənbədən aldığı məlumata görə, "AtaBank" öz fəaliyyətini dayandırır. Artıq müştərilərin kütləvi şəkildə bankdakı depozitlərini geri götürdükləri bildirilir. Banka yaxın mənbənin dediyinə görə, 1993-cü ildən fəaliyyət göstərən bankın artıq durumu da onun fəaliyyətinə imkan vermir. Bundan başqa bankın idarə edilməsində də problemlər yarandığı deyilir. Mənbənin dediyinə görə, keçmiş vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasından sonra banka kimin rəhbərlik etdiyi də məlum deyil. Bankın İdarə Heytənin sədri, Fazil Məmmədovun bacısı oğlu Dəyanət Quliyevi isə kollektiv sonuncu dəfə nə vaxt gördüyünü unudub. Xatırldaq ki, rəsmən “AtaBank” ASC-nin səhmləri hüquqi şəxs olan “Synergy Group” MMC-yə (86%) və fiziki şəxslərə (14%) aid olsa da, bankın Fazil Məmədova məxsus olduğu bildirilir. Məlumatı dəqiqləşdirmək üçün bankla əlaqə saxlamağa çalışsaq da, iş gününün sonu olduğundan zənglərimizə cavab verən olmadı. Mövzuya yenidən qayıdaraq bankın mövqeyini öyrənməyə çalışacağıq.
Oxşar xəbərlər
Fazil Məmmədovun qohumu rəis təyin edildi
Şəmkir 14 saylı Ərazi Vergilər İdarəsinə yeni rəis təyinatı olub.BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə bu...