ASCO-nun gəmiləri "Bakı Gəmiqayırma Zavodu"nun akvatoriyasında dibdərinləşdirmə işləri aparıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus gəmilər "Bakı Gəmiqayırma Zavodu" MMC-nin (BGZ) sifarişi əsasında zavodun akvatoriyası və giriş kanalında həyata keçirilən dibdərinləşdirmə işlərini başa çatdırıb.
BAKU.WS ASCO-ya istinadən xəbər verir ki, işlərə ASCO-nun "Mühəndis Balarza Məmmədov" torpaqqazan gəmisi, "Bakinskaya-3" və "Bakinskaya-5" torpaqdaşıyan gəmiləri, həmçinin "Abşeronskaya-5" yedək gəmisi cəlb olunub.
Layihə çərçivəsində 80 000 kvadratmetrlik sahədə 1 metr dərinliyə qədər qazma işləri aparılıb, ümumilikdə 79 000 kubmetr süxur çıxarılıb və dəniz dibində 9 metrə qədər dərinlik əldə olunub.
Təxminən üç ay davam edən layihə nəticəsində ərazidə gəmi hərəkəti üçün əlverişli hidrotexniki şərait formalaşıb. Bu isə gələcəkdə iriölçülü gəmilərin körpülərə təhlükəsiz və maneəsiz şəkildə yanalmasına şərait yaradacaq.
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. BAKU.WS xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.85 ABŞ dolları və...