Anar Quliyev: Azərbaycan Meksikaya WUF14-ün keçirilməsində dəstək göstərməyə hazırdır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 14-cü sessiyasının (WUF14) uğurla keçirilməsinə hazırlıqda Meksikaya dəstək göstərməyə hazırdır.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən WUF13-ün birinci gününün yekunlarına dair bəyanatla çıxış edərkən bildirib.
"Meksikanı Ümumdünya Şəhərsalma Forumunun növbəti ev sahibi ölkəsi olması münasibətilə təbrik etmək istəyirəm. Biz Azərbaycanın təcrübəsini, çıxarılan dərsləri və WUF13-ün əməliyyat təcrübələrini bölüşməkdən, eləcə də növbəti foruma uğurlu keçidi dəstəkləməkdən məmnun olarıq. Ev sahibi ölkələr arasında varisliyin möhkəmləndirilməsi forumun daha güclü və səmərəli irsinin formalaşdırılmasının mühüm hissəsidir", - A. Quliyev deyib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...