AMB "Sizin Lombard"ı və onun vəzifəli şəxsini CƏRİMƏLƏYİB

Azərbaycan Mərkəzi Bankı (AMB) daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən (lombard fəaliyyəti göstərən) "GL" ASC-ni ("Sizin Lombard") və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
BAKU.WS bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı planlı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbinin pozulması halı aşkarlanıb. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələrinə əsasən "GL" və onun vəzifəli şəxsi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 min manat və 10 min manat cərimə edilib.
Xatırladaq ki, "GL" 2016-cı ildə yaradılıb. Şirkətin səhmləri 100 % Eldar Quliyevə məxsusdur. O, həm də "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) əsas səhmdarlarından biridir.
Oxşar xəbərlər
Əlilliyə görə sosial müavinətlər ARTIR
2025-ci il iyulun 1-dən bir sıra sosial müavinətlərin məbləği artırılır. Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin iyunun 12-də imzaladığı sosial müav...
