AMB-nin yeni inzibati binasının inşasına xərcləmələr 477 milyon manatı ötüb
Yeniliklərdən dərhal xəbərdar olun
İndiyə qədər Azərbaycan Mərkəzi Bankının (AMB) Bakının Nizami rayonunda yerləşəcək yeni inzibati binasının inşasına 477,438 milyon manat xərclənib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Sənədə əsasən, baş podratçı və digər təşkilatlarla bağlanılmış müqaviləyə əsasən 434,703 milyon manat, digər kapital qoyuluşları kimi isə 42,735 milyon manat xərclənib. Bundan sonra daha 153,883 milyon manat xərclənməsi nəzərdə tutulur. Beləliklə, bina AMB-yə 631,321 milyon manata başa gəlməlidir. Bura başa çatdırılmamış tikililər da daxildir.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...