AMB neft-qaz qiymətləri ilə bağlı proqnozunu azaltmaqda davam edir
Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 64 ABŞ dolları olacağını gözləyir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Bundan başqa, baş bankir deyib ki, gələn il təbii qazın 1 000 kubmetrinin orta qiymətinin 288 ABŞ dolları olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, AMB-nin bu ilin iyul ayında açıqladığı proqnozlara görə, 2026-cı ildə neftin 1 barelinin orta qiyməti 64,6 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 290 ABŞ dolları olmalı idi.
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,2 ABŞ dolları və ya 0,16 % artaraq 122,9 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...