AMB innovativ maliyyə məhsulları üçün yeni müraciət mərhələsinə başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Mərkəzi Bankı (AMB) xüsusi tənzimləmə rejimi çərçivəsində innovativ maliyyə həllərinin növbəti sınaq mərhələsi üzrə yeni müraciət dövrünü elan edib.
BAKU.WS AMB-yə istinadən xəbər verir ki, müraciətlərin qəbuluna iyunun 25-də başlanılacaq və avqustun 25-nə qədər davam edəcək.
Xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsullarının sınağı AMB ilə bağlanacaq müqavilə əsasında həyata keçiriləcək.
Xüsusi tənzimləmə rejimi çərçivəsində əvvəlki qəbul dövrlərində seçilmiş innovativ məhsullar üzrə sınaq layihələrinin icrası hazırda davam etdirilir. Sözügedən layihələr ödəniş xidmətləri, kapital bazarları və virtual aktivlərlə əlaqəli innovativ maliyyə həllərini əhatə edir.
Xüsusi tənzimləmə rejimində iştirak etmək istəyən şəxslər "Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydaları"nın 4.2-ci bəndində nəzərdə tutulmuş sənəd və məlumatları müraciətlərin qəbulu başladıqdan sonra xüsusi sandbox.cbar.az veb-səhifəsi vasitəsilə AMB-yə təqdim edə bilərlər.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...