AMB: Azərbaycanda qaz istehsalı üzrə ödәniş daxilolmaları 165 milyon manat azalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin II rübündə Azərbaycanda elektrik enerjisi, qaz tәchizatı iqtisadi fәaliyyәt sahәlәri üzrә maliyyә axınları (ödәniş daxilolmaları) 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,3 % azalıb.
BAKU.WS bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bu dövrdə elektrik enerjisi, qaz, buxar tәchizatı iqtisadi fəaliyyət sahəsi üzrə ümumilikdə 553,8 milyon manat ödəniş daxilolması olub.
Məlumata görə, elektrik enerjisi, qaz vә buxar istehsalı iqtisadi fәaliyyәt sahәsindә elektrik enerjisinin istehsalı (22 milyon manat) vә buxar tәchizatı (2,8 milyon manat) qruplarında artım müşahidә olunsa da, ümumi azalma әsasәn qaz istehsalı qrupu üzrә maliyyә axınlarının azalması ilə bağlı olub.
"Belә ki, bu qrup üzrә ötәn ilin eyni dövrü ilә müqayisәdә 165,2 milyon manatlıq azalma qeydә alınıb", - AMB bildirir.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...