AMB: 6 ayda nağd xarici valyutanın alışı satışını 482 milyon dollar üstələyib

AMB: 6 ayda nağd xarici valyutanın alışı satışını 482 milyon dollar üstələyib
İqtisadiyyat 14

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda nağd xarici valyutanın alışı satışını 482 milyon ABŞ dolları üstələyib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib.

Bundan başqa, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,8 faiz bəndi azalaraq mayda 25,6 %-ə düşüb.

Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin əhəmiyyətli artdığı şəraitdə AMB alışyönlü müdaxilə həyata keçirib. Cari ilin ötən dövründə qurumun valyuta ehtiyatları 2,2 milyard ABŞ dolları və yaxud 19,5 % artaraq 13,8 milyard ABŞ dolları təşkil edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər