Almaniya Orta Dəhlizin imkanlarını araşdırmaq üçün Azərbaycana biznes-missiya göndərəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın Xarici İqtisadi Fəaliyyətə Dəstək üzrə Dövlət Agentliyi ("NRW.Global Business") 29 iyun-3 iyul tarixlərində Azərbaycana və Qazaxıstana biznes-missiya təşkil edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, səfərin təşkilinə səbəb Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) dinamik inkişafıdır.
Avropa ilə Asiyanı birləşdirən strateji əhəmiyyətli bu ticarət yolunun logistika və infrastruktur sahəsindəki önəmi durmadan artır. Son illərdə bu istiqamətdə yük axını dəfələrlə artıb və proqnozlara görə, 2030-cu ilə qədər əhəmiyyətli dərəcədə artmağa davam edəcək.
Bu, xüsusilə 2030-cu ilə qədər təxminən 20 milyard avro məbləğində kapital qoyuluşuna tələbatın proqnozlaşdırılması fonunda Şimali Reyn-Vestfaliya müəssisələri üçün əlverişli imkanlar yaradır".
Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, marşrut üzrə daşımaların dinamikası sabit artım nümayiş etdirir: 2019-cu ildə 759 min ton, 2020-ci ildə 783 min ton, 2021-ci ildə 586 min ton, 2022-ci ildə 1,485 milyon ton, 2023-cü ildə 2,764 milyon ton, 2024-cü ildə 4,484 milyon ton.
Türk Dövlətləri Təşkilatının (TDT) məlumatına görə, 2025-ci ildə Orta Dəhlizlə yükdaşımaların həcmi 4,7 milyon tona çatıb.
Oxşar xəbərlər
İrəvan TRIPP üzrə sazişi təsdiqlədi: Marşrut işə düşsə, keçid necə tənzimlənəcək?
Məlum olduğu kimi, Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişini parlamentdə təsdiqləyib. Bəs sülh sazişi imzalanmadan marşrutun işə düşməsi mümkündürmü? Mövzu...