Alkoqollu içkiləri bu qiymətdən aşağı satanların cəriməsi artırılır
04
dek
2024
19:26
Alkoqollu içkilərin satışı ilə bağlı cərimələr dəyişdirilir.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 455-1-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
Oxşar xəbərlər
Azərbaycan Bolqarıstana neft satışını 4.5 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Bolqarıstana 358 min 842,99 ton xam neft ixrac edib. BAKU.WS-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə gör...