"AccessBank"dan əhaliyə manat qadağası
"Əlimdə olan dolları manata dəyişmək üçün banka üz tutdum. Xəzinədə valyuta dəyişəndə mənə 500 dollardan artıq dolları manata dəyişmədiklərini söylədilər".
Bunu BAKU.WS-in əməkdaşı ilə söhbətində paytaxt sakini Seymur Əliyev söyləyib. Onun sözlərinə görə, "AccessBank" filial əməkdaşı bu qərarın bank tərəfindən verildiyini söyləyib.
Qəribə səslənsə də "AccessBank" müştərilərinə Mərkəzi Bankın qəbul etdiyi yeni qaydaların tam əksinə xidmət göstərir. Belə ki, AMB ölkədə fəaliyyət göstərən mübadilə şöbələrində bir müştəriyə 500 ABŞ dolları ekvivalentində limit qoyub. Bu limitə əsasən 500 dollardan artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalı olduğu barədə qərar qəbul edib.
Əksər banklarda dollara limit tətbiq olunduğu halda "AccessBank"da əksinə, manata qadağa tətbiq edilir. Yəni, vətəndaş əlindəki dolları banka sata bilmir. Buna əsas səbəb bankın kapitalında manat kütləsinin həddən artıq az olmasıdır. Hətta bank manat cəlb etmək üçün müştərilərinə yüksək faizlə əmanət yerləşdirməyi təklif edir.
BAKU.WS
Oxşar xəbərlər
“Mərkəzi Bank manata süni nəfəs verir”
"Pul bazasının azaldılması ölkədə iqtisadi aktivliyi zəiflədir, sahibkarlığın inkişafı üçün maliyyə resurslarını məhdudlaşdırır” "Yanvar ayında Mərkəzi Bankın...