ABŞ-dan gələn xəbər dolları bütün dünyada bahalaşdırdı
22
avq
2016
14:31
ABŞ milli valyutası dünyanın əsas valyutaları arasında dəyər qazanmağa başlayıb.
BAKU.WS-in məlumatına görə, ABŞ Mərkəzi Bankının (Fed) 2 nömrəli ismi Stenli Fişer iqtisadiyyatın Mərkəzi Bankın hədəfini qarşılamağa yaxın olduğunu ifadə edib. Stenli bu il faiz artımının hələ müzakirə mövzusu olduğunu bildirib. Şərhdən sonra dollar inkişaf edən ölkələrin pul vahidləri qarşısında dəyər qazanıb.
Fed sədri Canet Yellen 26 avqustda "Jackson Hole"da təşkil edilən yığıncaqda çıxış edəcək. Yellenin şərhlərində faiz artımı ilə bağlı siqnallar olacağı gözlənilir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
ABŞ-dan dollar xəbərdarlığı - bahalaşmağa başladı
Dollar, ABŞ Mərkəzi Bankının (Fed) iki səlahiyyətlisinin faiz artırımı ilə bağlı açıqlamasından sonra üç günlük enişə fasilə verib. BAKU.WS-in məlumatına görə...