SİZİN REKLAM BURADA!
055 213 76 73

"Bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması prosesi gedir. Bu istiqamətdə çox önəmli addımlar atılıb”.

BAKU.WS xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Prezident maliyyə nəzarəti haqqında, digər istiqamətlər üzrə də önəmli addımların atıldığını bildirib: "Hesab edirəm ki, bu, bank sektorunun inkişafına xidmət göstərəcək. Əmanətlərin tam sığortalanması haqqında qərar qəbul edilib. Bu, həm sosial xarakter daşıyır, həm də əlbəttə ki, bank sektoruna əhali tərəfindən inamı artırır. İndi bütün əmanətlər sığortalanıb. Hesab edirəm ki, gələcəkdə dollarlaşma meyillərinin qarşısı da alınacaq. Əfsuslar olsun ki, indi əmanətlərin böyük hissəsi dollarla saxlanılır. Bu da əlbəttə ki, ölkə iqtisadiyyatı üçün müsbət hal deyil”.

İ.Əliyev milli valyutamız barədə də danışıb: "Manatın məzənnəsi sabitləşib. Hesab edirəm ki, tədricən bu istiqamətdə də vəziyyət müsbətə doğru inkişaf edəcək”.

"Ancaq bu, təbii prosesdir. Əlbəttə ki, yerli valyutaya inam daha da artdıqca insanlar özləri öz qərarlarını verəcəklər. Burada heç kim heç kimi məcbur edə bilməz. Sadəcə olaraq, dövlət və hökumət elə addımlar atmalıdır ki, insanlar öz əmanətlərini manatla saxlamaqda daha da maraqlı olsunlar”, - deyə dövlət başçısı əlavə edib.

manatın taleyi haqda

"Bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması prosesi gedir. Bu istiqamətdə çox önəmli addımlar atılıb”.

Virtualaz.org xatırladır ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.