Azərbaycanda qaz hasilatı artıb

14
avq
2020
19:33
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 20,632 mln ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.
BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmin 20,540 mln tonu əmtəəlik xam neftin payına düşüb. Hesabat dövründə neft hasilatı ötən ilin müvafiq dövründən 6,3%, (əmtəəlik 6,5%) az olub.
Bu ilin 7 ayında ölkədə 22,246 mlrd kubmetr təbii qaz hasil edilib. Bu həcmin 15,897 mlrd kubmetri əmtəəlik təbii qazın payına düşüb. Bu ilin 7 ayında təbii qaz hasilatı illik müqayisədə 9,5%, əmtəəlik qaz hasilatı isə 13,3% artıb.
Oxşar xəbərlər
Azərbaycanın bu il hasil etdiyi neftin həcmi açıqlandı
Energetika Nazirliyi yanvar-may ayları üzrə neft və qaz hasilatına dair göstəriciləri açıqlayıb. BAKU.WS xəbər verir ki, 2020-ci ilin yanvar-may aylarında Azərb...