OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb

OPEC 2020-ci il üçün Azərbaycanda gündəlik ortalama neft hasilatı üzrə proqnozunu azaldıb.
BAKU.WS-in məlumatına görə, OPEC bu il üçün ölkədə gündəlik orta neft hasilatının 0,07 milyon/barel azalaraq 0,72 milyon barel/sutka olacağını proqnozlaşdırır.
Yeni proqnoza əsasən, 2021-ci ildə də Azərbaycanın gündəlik ortalama neft hasilatı 0,72 milyon barel/sutka səviyyəsində qalacaq.
May və iyun aylarında Azərbaycanda xam karbohidrogen hasilatı əvvəlki ayla müqayisədə müvafiq olaraq 0,11 milyon və 0,02 milyon barel/sutka azalıb. İyun ayında hasilatın azalması 0,68 milyon barell/sutkaya bərabər olub.
May ayında xam neft hasilatı 111 min barel/sutka azalaraq 0,57 milyo barel, iyun ayında 20 min barel/sutka azalaraq 0,55 milyon barel təşkil edib. İyul ayında isə xam neft hasilatı ötən ayla müqayisədə dəyişməz qalaraq 0,55 milyon barelə bərabər olub.
Qeyd edək ki, aprelin 9-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
Azərbaycan neft hasilatı ilə bağlı öhdəliklərinin icrasına başlayıb
Azərbaycan bu gündən etibarən “OPEC plus” razılaşması çərçivəsində neft hasilatının azaldılması prosesinə başlayıb. Bu barədə BAKU.WS-ə Energetika Nazirliyindən...