SİZİN REKLAM BURADA!
055 213 76 73


ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2020-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,51% artaraq 1 barelə görə 43,12 dollar təşkil edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,50% artaraq 40,49 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının da qiyməti artıb.

Avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,03% artaraq 1,762 ABŞ dolları təşkil edib.

BAKU.WS