SİZİN REKLAM BURADA!
055 213 76 73



Dollar ABŞ-da bu həftə açıqlanacaq iqtisadi göstəricilər öncəsi bahalaşmağa başlayıb.
 
BAKU.WS-in məlumatına görə, ABŞ milli valyutası artıq 7 gündür ki, 10 güclü valyuta qarşısında dəyər qazanır. Dollar yanvar ayından bu yana ən uzun bahalaşma rallisinə yönəlib.

Bununla yanaşı, bəzi Fed rəsmilərinin uçot dərəcəsinin artırılacağı ilə bağlı kəskin açıqlaması da dolların digər valyutalar qarşısında möhkəmlənməsinə gətirib çıxarıb. Dollar Yaponiya yeni qarşısında 0,4% dəyər qazanaraq 113,52 USD/YEN səviyyəsinə yüksəlib. ABŞ valyutası avro qarşısında isə elə də ciddi bahalaşmayıb. Hazırda USD/EURO cütlüyü 1,1163 səviyyəsində seyr edir. 

ABŞ-da bu həftə məşğulluq məlumatları açıqlanacaq. Şəxsi gəlir və xərclər, mənzil satışları və istehlakçılar haqqında məlumatlar ölkə iqtisadiyyatı üçün böyük önəm kəsb edir. Rəsmi məlumatların açıqlanmasının dünya birjalarına təsir edəcəyi güman edilir. 
 
Şahin Həbibov
BAKU.WS