VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Rusiya milli valyutası olan rubl dollar qarşısında 3% dəyər itirərək ilin ən aşağı səviyyəsinə geriləyib.
 
BAKU.WS-in məlumatına görə, həftəyə 70,16 səviyyəsində başlayan dollar/rubl cütlüyü neft qiymətlərindəki ucuzlaşma fonunda yüksəlişə keçərək 72,46 səviyyəsinə çatıb. Rubl beləliklə dollar qarşısında 3% dəyər itirərək ilin antirekordunu təzələyib.  

Analitiklər rubldakı sürətli enişi ucuzlaşan neft qiymətləri və Rusiyada ilin sonunda edilən büdcə ödənişləri ilə əlaqələndiriblər. Mütəxəssislər gələcək həftələrdə bazarda rublun likviditliyinin arta biləcəyini, nəticədə rubl üzərində təzyiq yaranacağını dilə gətirib.
 
Neftlə birbaşa əlaqələri olan rublun aqibəti eyni olaraq Qazaxıstan təngəsi və Azərbaycan manatını da gözləyir. Neftin qiymətinin bir gündə təxminən 1 dollar civarında ucuzlaşması və bu azalmanın hələ bir müddət davam edəcəyi ehtimalları sözügedən valyutaların (rubl, manat, təngə) dollar qarşısında ucuzlaşacağına əsas verir.  
 
Şahin Həbibov
BAKU.WS