SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Avropa Mərkəzi Bankının (AMB) bu həftəki toplantısından pul təşviq proqramının artırılmasına dair bir qərar çıxması ehtimalı avronun dollar qarşısında bir həftə ərzində kəskin düşüb. 
 
BAKU.WS-in məlumatına görə, Avropa vahid pul vahidi AMB-nin cümə axşamı baş tutacaq yığıncağı ərəfəsində 16 əhəmiyyətli pul vahidinin 13-ü qarşısında dəyər itirib. Bununla yanaşı, "Bloomberg" anketinə qatılan iqtisadçıların əksəriyyəti AMB-nin bu həftəki konfransında aylıq təhvil alış proqramını genişlətməsi gözlənilir.

AMB sədri Mario Draqhi əlavə təşviqin bazar gözləntilərindən geridə qaldığını bildirib. Sədr bildirib ki, avronun 2009-cu ildən bu yana ən sürətli enişinin baş verməsinə səbəb olan 3 dekabrdakı açıqlamaların yenidən təkrarlanmasından qaçmaq lazımdır. Son məlumatlara görə, AMB-nin bölgəyə 720 milyard avro (794 milyard dollar) verməsinə baxmayaraq xidmət və istehsal sektorlarında yavaşlama müşahidə edilir. 

Avro dollar qarşısında çərşənbə axşamı 1.1058 səviyyəsinə çatıb. Bu gün EUR/USD cütlüyü 0,4% azalaraq 1,0965 səviyyəsinə geriləyib. 
 
BAKU.WS