ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyul müqaviləsinin dəyəri 0,84% artaraq 1 barelə görə 34,94 dollar təşkil edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,56% artaraq 32,14 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının da qiyməti artıb. İyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,89% artaraq 1,813 ABŞ dolları təşkil edib.

BAKU.WS