Azərbaycan nefti bahalaşdı
05
may
2020
10:52
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.
BAKU.WS "APA-Economics"ə istinadla xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,6 ABŞ dolları (2,55%) artaraq 24,11 dollar təşkil edib.
Qeyd edək ki, aprelin 9-da “OPEC+” formatının 23 iştirakçı ölkəsinin imzaladığı “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, “OPEC+” ölkələri üzrə gündəlik neft istehsalının may-iyun aylarında 9,7 milyon barrel, iyulun 1-dən ilin sonuna kimi 7,7 milyon barrel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel azaldılması qərarlaşdırılıb.
Oxşar xəbərlər
OPEC+ çərçivəsində hasilatın azaldılması tədbirlərinin icrası SOCAR-a tapşırılıb
Aprelin 9-da OPEC+ formatının 23 iştirakçı ölkəsi dünya bazarlarında Covid-19 pandemiyasının təsirindən yaranan iqtisadi resessiya şəraitini müzakirə edib, neft...