Sabah ABŞ-ın Mərkəzi Bankının (Fed) Açıq Bazar Komitəsinin (FOMC) növbəti iclası keçiriləcək.
 
BAKU.WS-in məlumatına görə, iclasda dolların uçot dərəcəsi ilə bağlı məsələ müzakirə ediləcək. 

Fed-in bu il faiz artırımına getmə ehtimalı, məşğulluq və inflyasiya proqnozları nəzərə alınaraq 78%-ə yüksəlib. "Bloomberg"in anketinə qatılan 97 iqtisadçıdan yalnız dördü Fed-in iki gün davam edəcək iclasında faiz artımı olacağını güman etmir.
 
Yerdə qalan digər analitiklər Fed-in dolların uçot dərəcəsini artıracağını hesab edir. 
 
Xatırladaq ki, Fed sonuncu dəfə dekabrın 16-da dolların uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul etmişdi. Fed dollar faizini 0-0,25% civarından 0,50%-ə yüksəldib. Fed 2016-cı ildə faiz dərəcəsinin artırılacağı ilə bağlı qərar qəbul edib. 

Şahin Həbibov
BAKU.WS