SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub.

Azərbaycan Mərkəzi Bankından BAKU.WS-ə verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdir.

Bu məsələ ilə bağlı əlavə məlumat təqdim olunacaq.

Qeyd edək ki, 4 bankın maddi problemləri olduğuna görə özlərini müflis elan etməsi gözlənilir. 

BAKU.WS