SİZİN REKLAM BURADA!
055 213 76 73


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 20-də 21,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,85 dollar/barel azdır.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 20,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,88 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 18,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,16 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 19,1 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,04 dollar/barel azdır.

BAKU.WS