SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Fevral ayında BTC kəməri ilə 2,4 milyon tondan artıq Azərbaycan nefti nəql olunub. 
                               
BAKU.WS-in SOCAR-a istinadla verdiyi məlumata görə, bu ilin yanvar-fevral aylarında bu kəmərlə 4 milyon 689 min 579 ton neft ötürülüb.
 
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il mart ayının 1-ə qədər BTC-yə 297 milyon 364 min 968 ton neft vurulub. 

Bundan başqa, 2016-cı ilin fevral ayında BTC kəməri ilə 400 min 744 ton Türkmənistan nefti nəql olunub. 
 
BAKU.WS