VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya birjalarında neftin qiyməti kəskin ucuzlaşmadan sonra yenidən bahalaşmağa başlayıb. 

BAKU.WS xəbər verir ki, hazırda "Brent" markalı neftin qiyməti 37,00 dollardır. Texas nefti isə 33,48 dollara geriləyib.

Bir gün ərzində 31%-lik ucuzlaşmadan sonrakı 24 saat ərzində neftin qiyməti 7% civarında bahalaşıb. 

OPEC və Rusiya arasında əməkdaşlığın sona çatması və Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft qiymətləri uğrunda müharibənin başlaması dünən "qara qızılın" qiymətini 30 dollar/barrel səviyyəsinə endirib. 

ABŞ prezidenti Donald Trampın koronavirusun yayılmasının iqtisadi təsirləri ilə mübarizə üçün böyük addımlar atılacağı ilə bağlı açıqlaması da neft qiymətlərinin bahalaşmasına təsir edib. 

BAKU.WS