SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünya bazarında neftin qiyməti yenidən bahalaşıb.  
 
BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1 dollar artaraq 33,78 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri təxminən 1 dollar artaraq 36,56 dollar olub.
 
Qeyd edək ki, neft bu il 9% həcmində ucuzlaşıb. Son iki ay ərzində orta qiymətin 32 dollar həddində qalması son 12 il müddətində ən uzun müddətli ucuzlaşma deməkdir. Neft İxrac Edən Ölkələr İttifaqının (OPEC) istehsalı fevral ayında 79,000 barrel azalaraq gündəlik 33,06 milyon barelə enib. Səudiyyə Ərəbistanının istehsalı həcmi dəyişməyib, amma İraq və Nigeriyada istehsal azalıb.

BAKU.WS