İrandan Azərbaycana sərnişin qatarı işə düşdü - Pulsuz işləyəcək

22
yan
2020
11:15
İran hökuməti ölkənin Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarını işə salıb.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, qatar yaxın 1 ay ərzində pulsuz işləyəcək və onun hərəkəti pilot layihə xarakteri daşıyacaq.
Qatarın işə düşməsində məqsəd İranla Azərbaycan, o cümlədən Naxçıvan MR arasında turizm əlaqələrini inkişaf etdirməkdir.
Təbriz-Culfa qatarı 5 vaqondan ibarət olmaqla 400 sərnişin daşımaq imkanındadır. Qatar hər gün saat 07:30-da Təbrizdən, saat 19:00-da isə Culfadan yola düşür.
Oxşar xəbərlər
Bakı-Gəncə istiqamətinə daha bir qatar əlavə edildi
Bakı-Gəncə istiqaməti üzrə əlavə daha bir qatar təyin edilib. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyətindən BAKU.WS-ə məlumat veriblər. Qey...
