Ötən il Azərbaycanda rekord məbləğdə vergi toplanıb

Ötən il Azərbaycanda rekord məbləğdə vergi toplanıb
İqtisadiyyat 341

“Qeyri-neft sektorunda sənaye istehsalı 13,9% artıb, qeyri-neft ixracının həcmi 1,9 mlrd. ABŞ dollarını ötüb”.

BAKU.WS xəbər verir ki, bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Mikayıl Cabbarov qeyd edib ki, 2019-cu ildə Azərbaycanda ÜDM-in real artımı 2,2%, qeyri-neft sektorunda isə 3,5% təşkil edib.

O sözlərinə əlavə edib ki, ötən il vergi daxilolamaları tarixi maksimuma çatıb.

Onun sözlərinə görə, “2019-cu ildə vergi daxilolmaları 7 672,6 milyon manata çatıb. Son 2 ildə dövlət büdcəsinə olan artıq ödəmələr 721,4 milyon manat azaldılıb.

“Ötən il qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 109,1% yerinə yetirilib ki, bu da indiyə qədər əldə edilmiş ən yüksək göstəricidir. Qeyri-neft sektorundan vergi daxilolmaları 458,3 milyon manat və yaxud 9,1% artaraq 5 432,3 milyon manata çatıb. Bu sektordan daxilolmaların həcminin cəmi vergi daxilolmalarında xüsusi çəkisi 70,8% təşkil edir. Qeyri-neft sektorundan daxilolmalar ƏDV üzrə 16,4 faiz, aksiz vergisi üzrə 4,7 dəfə, mənfəət vergisi üzrə isə 12,6% artıb. Regionlar üzrə daxilolmalar isə 11,9% artaraq 795,4 milyon manat olub”.

Nazir ötən il əhalinin gəlirlərinin nominal artım tempinin 7,4% təşkil etdiyini və orta illik inflyasiyanı (2,6%) üstələdiyini də vurğulayıb.

Son xəbərlər