Bakıya elektriklə işləyən taksilər gətiriləcək

"Azərbaycanda 1500 ədəd “London taksisi” fəaliyyət göstərir. Bizim nazirliyin tabeliyində 1200 ədəd “London taksisi” vardır. Sizin tapşırığınıza əsasən, biz yeni, müasir standartlara cavab verən 100 ədəd “London taksisi” sifariş etmişik".
BAKU.WS xəbər verir ki, bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Nazir bildirib ki, 3 ay ərzində Azərbaycana gətiriləcək bu taksilərin üstünlüyü ondan ibarətdir ki, onlar yanacaqla deyil, elektriklə işləyir:
"Bir daha qeyd etmək istəyirəm ki, bu taksilər müasir standartlara tam şəkildə cavab verir".
Oxşar xəbərlər
ŞAD XƏBƏR! Azərbaycana yeni elektrik qatarları gətiriləcək - RƏSMİ
Bakı və Bakıətrafı qəsəbələrə işləyən elektrik qatarlarında yaranan sərnişin sıxlığı aradan qaldırılacaq. Bu məqsədlə Azərbaycana yeni elektrik qatarların gətir...