Mərkəzi Bankdan vacib qərar
13
dek
2019
12:06
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,75%-dən 7,5%-ə endirilməsi haqqında qərar qəbul edib.
BAKU.WS AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 5,75%, yuxarı həddi isə 9,25% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.
Bu qərar 13 dekabr 2019-cu ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2020-ci il yanvar ayının 31-də ictimaiyyətə açıqlanacaqdır.
Oxşar xəbərlər
Mərkəzi Bankdan kreditlərlə bağlı VACİB QƏRAR
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin bu gündən 9,25%-dən 9%-ə endirilməsi haqda qərar qəbul edib.BAKU.WS AMB-yə istinadən xəbər verir...