Mikayıl Cabbarovdan qərar – İcrasına şəxsən özü nəzarət edəcək

Mikayıl Cabbarovdan qərar – İcrasına şəxsən özü nəzarət edəcək
İqtisadiyyat 487

İqtisadi İnkişaf Nazirliyinin (hazırki İqtisadiyyat Nazirliyi) 2010-cu il 5 yanvar tarixli, F-01 nömrəli əmrində dəyişikliklər edilib.

BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov qərar imzalayıb.

Qərarda göstərilib ki, həmin əmrlə təsdiqlənmiş “Xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslərlə operator arasında bağlanan niyyət sazişinin nümunəvi forması”nın 3.2-ci bəndindən “iqtisad” sözü çıxarılsın.

Həmçinin, “Xüsusi iqtisadi zonanın rezidenti ilə operatoru arasında bağlanan sazişin nümunəvi forması”nın 4.2-ci bəndindən “iqtisad” sözü çıxarılıb.

“Xüsusi iqtisadi zonanın administrasiyası ilə operator arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması”nın 9.2-ci bəndindən “iqtisad” sözü çıxarılıb.

Bununla yanaşı “Xüsusi iqtisadi zonanın administrasiyası ilə rezident arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması”nın 9.2-ci bəndindən “iqtisad” sözü çıxarılıb.

Xatırladaq ki, əvvəlki əmrdə göstərilirdi ki, mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, bu mübahisələrə Azərbaycan qanunvericiliyi əsasında iqtisad məhkəmələrində baxılır

Qərar dekabrın 9-dan qüvvəyə minib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıb.

Oxşar xəbərlər

Mikayıl Cabbarov Maksim Oreşkinlə görüşdü

Mikayıl Cabbarov Maksim Oreşkinlə görüşdü

Rusiyaya işgüzar səfəri çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada bu ölkənin İqtisadi İnkişaf naziri Maksim Oreşkinlə görüşüb. BAK...

497 Siyasət 12:51 23 noyabr 2019

Son xəbərlər