SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qayda belədir ki, hər kəs öz ölkəsində maaşı hansı valyuta ilə alırsa, o valyutada onun maaşı qalır".

BAKU.WS xəbər verir ki, bu sözləri İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olan "BP-Azerbaijan"-ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib. 

Onun sözlərinə görə, xarici və yerli vətəndaşların maaşları arasında 10 dəfə fərq məsələsi şişirdilir:

"10 dəfə məsələsi bir balaca şişirdilmədir. Rəqəm üzərindən getməsək kifayət qədər şişirdilmədir. Çünki dünya praktikasında bir ölkədən başqa ölkəyə gələn işçinin maaşı həmişə yerli işçinin maaşından yüksək olur. Eyni şəkildə Azərbaycan vətəndaşı bu gün gedib İngiltərə və ABŞ-da işləyirsə, belə nümunələrimiz də var, onların maaşları həmin ölkədəki yerli vətəndaşların maaşından yuxarı olur.

Baxış bucağı burda maraqlıdır. Əgər biz ölkəmizə beynəlxalq mütəxəssisi cəlb etmək istəyiriksə, onun maaşı Britaniyada funt sterlinqlədirsə, ona Azərbaycan manatıyla işə gətirmək çox çətin məsələdir. Qayda belədir ki, hər kəs öz ölkəsində maaşı hansı valyuta ilə alırsa, o valyutada onun maaşı qalır. Ölkədən kənarda istər Azərbaycan, istərsə də digər ölkə olsun fəaliyyət göstərdiyinə görə əlavə onun maaşı müəyyən qədər artırılır".

BAKU.WS
VİDEO