Azərbaycan Beynəlxalq Bankının səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib.
 
BAKU.WS-in ABB-yə istinadla verdiyi məlumata görə, yığıncaqda Bankın nizamnamə kapitalının artırılması və bir sıra prosedur məsələlərə baxılıb.

Ümumi yığıncaqda Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 500 milyon manat məbləğində artırılması, bununla da Bankın nizamnamə kapitalının 1 milyard 141,3 milyon manata çatdırılması qərara alınıb.

Bununla yanaşı, Audit Komitəsinin tərkibində dəyişiklik edilib və kommersiya xarakterli layihə ilə bağlı prosedur məsələyə baxılıb.
 
Şahin Həbibov
BAKU.WS