VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Azərbaycan Beynəlxalq Bankı yeni fəaliyyət strategiyasına uyğun olaraq istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması istiqamətində növbəti addımını atıb.

BAKU.WS-in banka istnadla verdiyi məlumata görə, bankın müştərilərə təklif etdiyi istehlak kreditlərinin faiz dərəcələri 19%-ə qədər endirilib. Faiz dərəcələrinin azaldılması həm Azərbaycan Beynəlxalq Bankının maaş və ya pensiya kartına sahib olan müştəriləri, həm də Bankın yeni müştəriləri üçün nəzərdə tutulmuş kredit məhsullarını əhatə edir. Kreditlər 12 aydan 36 ayadək müddətə verilir.
 
Kreditin məbləği və faiz dərəcələri məhsulun növündən və müddətindən asılı olaraq dəyişir. Belə ki, Bankın maaş və ya pensiya kartı sahibləri maksimum 15.000, yeni müştəriləri isə 10.000 manatadək kredit ala bilərlər. Kreditin rəsmiləşdirilməsi zamanı cəmi 1% komisyon haqq tutulur. Kreditlər Azərbaycan Beynəlxalq Bankının bütün filiallarında verilir.

Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
 
ŞAHİN Həbibov
BAKU.WS