SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cennet Yellenin ötən gün açıqlamasından sonra dolların bahalaşması davam edir.
 
BAKU.WS-in məlumatına görə, ABŞ milli valyutası yenidən digər valyutalar qarşısında möhkəmlənməyə başlayıb. Bununla yanaşı, qlobal bazarlarda qızıl da bahalaşmaqda davam edir. Qızıl dünən son iki ilin ən sərt yüksəlişi ilə bir unsiya üçün 1240 dollara çatıb. 

Neft qiymətlərinin 12 ilin ən aşağı səviyyəsinə düşməsi və mərkəzi bankların dünya iqtisadiyyatına nəzarəti əldən verməsi ilə bağlı narahatlıqlar Asiya bazarlarında zəlzələ effekti yaradıb. Yapon səhimləri 2008-ci ildən bu yana ən aşağı səviyyəyə düşüb. 
 
 
Brent nefti dünən 30 dollarda aşağı düşdükdən sonra bu gün 5,2% yüksəlişlə 31,6 dollara çatıb. Texas nefti isə 4,85% artımla 27,48 dollara yüksəlib. Buna səbəb isə Neft İxrac edən Ölkələr Birliyi (OPEC) üzvü olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) açıqlaması olub. BƏƏ-in neft naziri kvotanın azalacağı ilə bağlı açıqlama verdikdən sonra "qara qızıl"ın yenidən bahalaşmağa başlayıb. 

BAKU.WS