SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ Mərkəzi Bankının (Fed) sədri Canet Yellenin ötən günki açıqlamalarında sonra dollar bahalaşmağa başlayıb.
 
BAKU.WS-in məlumatına görə, Yellen iqtisadiyyatın həm müsbət, həm də mənfi cəhətlərindən danışaraq pilləli faiz artımına diqqəti çəkib. Yellen dolların uçot dərəcəsinin artırılacağını açıqlayıb. Bu isə ABŞ milli valyutasına etibarı daha da artırıb. 
 
ABŞ Mərkəzi Bankının (Fed) sədri qlobal maliyyə bazarlarında qarışıqlığın davam etməsi fonunda dollarda faiz artımının təxirə salına biləcəyini də istisna etməyib. 
 
Yellenin açıqlamasından "hər şey ola bilər" nəticəsini çıxarmaq mümkündür. Çünki ABŞ MB bütün variantları dəyərləndirir. Analitiklərin fikrincə, mart ayında faiz artımı olmasa da növbəti aylarda ABŞ dolların uçot dərəcəsini artıra bilər. 
 
BAKU.WS