Bu tarixdən banklar borclarını qaytarmağa başlayır

07
okt
2019
20:00
Ləğv prosesində olan “Atrabank” ASC”, “Royalbank” ASC, “Kredobank” ASC, “Zaminbank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, QSC “Bank Standard” KB, “Yunayted Kredit Bank” ASC, “Texnikabank” ASC, “Dəmirbank” ASC və “Gəncəbank” ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə “Kapitalbank” ASC vasitəsilə 16 oktyabr 2019-cu il tarixindən başlanacaq. Əmanətlərin Sığortalanması Fondundan BAKU.WS-ə bildirilib ki, fiziki şəxslərin kreditor tələbinin ödənilməsi ilə bağlı “Kapitalbank” ASC-nin filial şəbəkəsi və lazım olan sənədlər barədə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Dollar krediti olanlara - ŞAD XƏBƏR
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tə...