Azərbaycan bu ölkədə qızıl və gümüş yataqlarını araşdıra bilər

20
sen
2019
17:09
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Tacikistanın ölkəmizdə səfərdə olan nümayəndələri arasında görüş keçirilib.BAKU.WS xəbər verir ki, görüşdə “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov “AzerGold” QSC-nin fəaliyyəti, görülən işlər və öndə duran vəzifələr haqda qısaca məlumat verib.Tacikistanın Soqdiya vilayətinin sədri Racabboy Axmadzoda dünyanın ən iri gümüş yatağı hesab edilən Böyük Konimansur yatağı və Soqdiya vilayətində yerləşən digər zəngin yataqlar haqda söhbət açıb. O, “AzerGold” QSC-nin nümayəndə heyətini Soqdiya vilayətinə səfər etməyə və bu yataqlarla əyani tanış olmağa dəvət edib.Görüşün davamında dağ-mədən sahəsində tərəflər arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib, bu istiqamətdə təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan və Türkiyə gömrükçüləri arasında görüş olub
Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyə Respublikası ticarət nazirinin müavini Qönçə Yılmaz Baturun rəh...
