SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Prezidenti 3 yaşınadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi barədə tapşırıq verib.

BAKU.WS xəbər verir ki, bununla bağlı tanınmış iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib.

“İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) uşaq pulunun bərpası ilə bağlı təkliflərini hökumətə təqdim etməsindən qısa müddət sonra dövlət başçısı tərəfindən belə bir göstərişin verilməsini yüksək qiymətləndiririk.

CESD-nin təkliflərində də uşaqlar yaş qruplarına görə təsnifləşdirilir və 3 yaşınadək uşaqlara daha çox sosial müavinətin verilməsi xüsusi əsaslandırılır.

Bu baxımdan, 3 yaşınadək uşaqlara sosial müavinətin verilməsi uşaq pulunun mərhələli şəkildə bərpası kimi qiymətləndirilməlidir. Bu addım uşaqların sosial müdafiəsi baxımdan çox vacibdir.

Qeyd etmək istərdim ki, CESD-nin təklifləri rasional və real imkanlar nəzərə alınmaqla hazırlanıb və sevindirici haldır ki, artıq proses başlayır. Dünən təklifimiz sosial şəbəkədə təqdim olunandan sonra uşaq pulu məsələsində fərqli yanaşmaların şahidi olduq.

Əslində bunu normal da qarşılayırıq. Amma bu gün başqa reallığı müşahidə etdik: təklifllərimiz mərhələli şəkildə tətbiq olunacaq”, - deyə V.Bayramov bildirib.

BAKU.WS