VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



“Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun və oğullarının ölkə xaricində var-dövləti ortaya çııxıb.

BAKU.WS  xəbər verir ki, jurnalist Cavanşir Həsənli sabiqlərin var-dövləti ilə növbəti araşdırmasını “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Arif Əsgərova həsr edib.

Onun təqdim etdiyi sənədlərə görə sabiqin Bratislavada ticarət şirkətləri var: "Slovakiyanın qərbindəki Bratislava şəhəri Azərbaycanın baş dəmiryolçuları üçün xüsusilə cəlbedicidir. Azərbaycanın dəmiryollarında itmiş nə axtarsanız Bratislavada tapa bilərsiniz. Məsələn, burada Azərbaycan Dəmir Yollarının keçmiş rəhbəri, sabiq nazir müavini Arif Əsgərovun çırpışdırdıqlarının izlərinə rast gəlmək, oğlanları Elnar və Ürfan Əsgərovların sorağını eşitmək mümkündür. Arif Əsgərovun "gül balaları" bu ölkəyə hələ 2007-ci ildən ayaq açıblar.


Bratislava ərazi ədliyyəsinin reyestr məlumatlarına görə, 2007 -ci iyulun 13-də Bakı şəhəri Cəfər Xəndan küçəsi 10 ünvanında qeydiyyatda olan Ürfan Əsgərov Bratislava sakini Elçin Qasımov və Bakı şəhəri, Mirqasımov 2 ünvanında qeydiyyatda olan Elvin Süleymanovla birlikdə ELUREL TRANS S.R.O. şirkətini qeydiyyatdan keçirirlər. Həmin vaxtlar Arif Əsgərov Azərbaycan Dövlət Dəmir Yolunun rəisi idi.

Şirkətin nizamnamə kapitalı Slovakiyanın o zamankı pulu ilə 200 min kron (6639 avro) təşkil edib. Qeydiyyat nömrəsi: 36804576. Qeydiyyat ünvanı: Pezinská 185, 902 01 Vinosady. Nizamnaməyə görə şirkət logistika, topdan və pərakəndə ticarətlə məşğul olur.



Elçin Qasımov Azərbaycanın Bratislavadakı fəxri konsulu, əslində yüksək çinli məmurlara şirkətlər açmaqda, onları idarə etməkdə yardım edən Cəlal Qasımovun oğludur. Cəlal Qasımov özü 1974-80-ci illərdə Bratislavada Texniki İniversitetdə oxuyub, slovak dilini mükəmməl bilir. Onun tövsiyyələri və dəstəyi əsasında məmurlar Azərbaycandan bu ölkəyə xeyli vəsait çıxarıblar. ELUREL TRANS S.R.O. şirkətini uzun müddət Cəlal Qasımov özü və xanımı Marina Qasımova idarə edib.

Arif Əsgərovun oğlunun digər şərikinin isə uzun illərdən bəri Azərbaycan Dövlət Dəmiryolunda müavin işləyən Əlirza Süleymanovun oğlu olduğu güman olunur.

Arif Əsgərov 2009-cu il mayın 16-da digər oğlu - 1985-ci il təvəllüdlü, Bakı şəhəri Cəfər Xəndan 10 ünvanında qeydiyyatda olan Elnar Əsgərovu şirkətə ortaq gətirir. 2017-ci ili əvvəlində Nəqliyyat Nazirliyi ləğv edildikdən sonra, nazir müavini postunu itifən Arif Əsgərovun oğulları ELUREL TRANS S.R.O. şirkətini həmin ilin noyabrın 16-da tərk edirlər, əvvəlcə Cəlal və Marina Qasımovların adına keçirilən şirkətin 2018-ci ilin aprelin 4-dən faktiki olaraq yeni sahibi ortaya çıxır. O, Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyində təmsil olunur.


Bu həmin Elnar Əsgərovdur ki, 2008-ci ilin əvvəllərində təhsil aldığı İngiltərənin York universitetində saxtakarlağına görə ifşa olunmuşdu və bütün İngiltərə mətbuatı bu biabırçılığı müzakirə etmişdi. O zaman Arif Əsgərovun oğlu özündən 11 yaş böyük olan Joram Drean adlı bank işçisini 20 min funt sterlinq müqabilində öz əvəzinə imtahana keçirmişdi, amma bu saxtakarlıq baş tutmamışdı.

Maraqlı olan daha bir fakt ondan ibarətdir ki, keçmiş baş dəmiryolçunun İngiltərəyə "oxumaq dalınca gedən" oğlu hələ 20 yaşında bu ölkədə şirkət sahibi olub. Belə ki, Elnar Əsgərovun adına 2005-ci ilin 13 aprelində Londonda TYROLESE (579) LIMITED şirkəti (şəhadətnamə nömrəsi: 05423339) qeydiyyatdan keçirilib. Daha sonra ASTARA TRANSIT TERMINAL LIMITED adlanan şirkəti faktiki olaraq Türkiyə vətəndaşı Cavad Kamil və İngiltərə vətəndaşı David John Lofton idarə ediblər.


Arif Əsgərov 1 fevral 2011-ci il tarixinə qədər bu şirkət vasitəsilə Azərbaycan üzərindən yükdaşımalardan böyük pullar əldə edib.
Şirkətin ünvanı 12 Fetter Ln, London, Birləşmiş Krallıq göstərilir.

Arif Əsgərovun daha bir oğlu Azər Əsgərov da atası nazir müavini olanda Londonda şirkət açıb. Kembric Universitetində beynəlxaq əlaqələr üzrə magistr təhsili alan Azər Əsgərov AZTECSA LIMITED şirkətini qeydiyyatdan keçirib (şəhadətnamə nömrəsi: 10147924). Bu şirkət də Arif Əsgərovun vəzifəsinə xitam verildikdən az sonra, 2017-ci il sentyabrın 26-da ləğv edilir. Beləliklə, Əsgərovlar iki ilə yaxındır ki, şirkətlər qarışıq qeybə çəkiliblər.
Şirkət 2018-ci ilin aprelin 4-dən isə Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovun adına rəsmiləşdirilir. Şirkət faktiki olaraq bir dəmiryolçudan başqa dəmiryolçuya keçir. Sənədlərə görə cənab Valehovun Slovakiyadakı qeydiyyat ünvanı belədir: Javorová 5803/8, Pezinok 902 01. Hicran Valehovun biznesi Slovakiya ilə məhdudlaşmır. Onun Çexiyada da geniş biznesi var.

Çexiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş C E T S, s.r.o. şirkətinin sənədlərinə görə 5 iyun 1968-ci il təvəllüdlü, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Şadlınski küçəsi ev 26-da qeydiyyatda olan Hicran Valehov 13 iyun 2017-ci ildən bəri şirkətin iki təsisçisindən biridir. Şirkətin digər həmtəsisçisi isə A L L İ A N C E - G R O U P şirkətidir.

200 min çex kronu nizamnamə kapitalı olan C E T S, s.r.o. hələ 2009-cu ildə Praqada qeydiyyata alınıb (şəhadətnamə nömrəsi C 158021). 2017-ci ildə şirkət çex sahibləri (FRANTIŠEK DÁŇA, JIŘÍ BROŽ və JAN HRAZDIRA) tərəfindən Hicran Valehova satılıb və həmin tarixdən yeni ünvanda (Petrohradská 216/3, Vršovice, 10100 Praha 10) fəaliyyət göstərməyə başlayıb. Nizamnaməyə görə, istehsal, ticarət və xidmət sahəsində istənilən xidmət növü ilə məşğul ola bilər.

                      Aydın Süleymanlı

Şirkəti hal-hazırda Praqada yaşayan 1973-cü il təvəllüdlü Aydın Süleymanlı idarə edir. Aydın Süleymanlı eyni zamanda Alliance-group.eu, spol. s r.o şirkətinin həmtəsisçidir. Bu şirkət də faktiki olaraq Hicran Valehova aiddir. Belə ki, 200 min kron nizamnamə kapitalı olan şirkətin digər həmtəsisçisi Hicran Valehovun qardaşı, Bakı şəhəri Yeni Günəşli qəsəbəsində qeydiyyatda olan, 1972-ci il təvəllüdlü Məhəmməd Valehovdur. Şirkət 14 dekabr 2009-cu ildə Aydın və Aynur Süleymanlıların adına qeydiyyatdan keçirilib (şəhadətnamə nömrəsi: C 159637).

Alliance-group.eu, spol. s r.o daşınmaz əmlak, mənzil və qeyri-yaşayış sahələrinin alışı, kirayəsi ilə məşğuldur. 2016-cı ilin noyabrın 11-dən şirkətin Aynur Süleymanlıya aid 50 faiz hissəsi Məhəmməd Valehovun adına rəsmiləşdirilib.

Zülfiyyə Qurbanova
BAKU.WS