VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir. 

Növbəti monitorinqlər zamanı Bakının Nərimanov, Sabunçu, Xətai, Binəqədi rayonlarında, eləcə də Tovuz, Şabran, Oğuz, Şəmkir, Salyan, Quba və Şəkidə mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Azad Əliyev
BAKU.WS