Mərkəzi Bank "1 dollar 2 manat olacaq" iddiasına cavab verdi

Mərkəzi Bank 1 dollar 2 manat olacaq iddiasına cavab verdi
İqtisadiyyat 2355

 

"Manatın məzənnəsinin növbəti dəfə devalvasiyası və 2 manat müəyyən olunacağı ilə bağlı 26-27 dekabr 2015-ci il tarixlərində - ötən şənbə və bazar günündə ictimaiyyət arasında yayılmış şayiələrin əsası yoxdur".

BAKU.WS-in məlumatına görə, bu barədə Trend-in sorğusuna cavab olaraq Mərkəzi Bankdan verilən açıqlamada bildirilir.

Qeyd olunur ki, Mərkəzi Bank tərəfindən bəyan olunmuş üzən məzənnə rejiminə uyğun olaraq manatın məzənnəsi valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşdırılır.

Mərkəzi Bankın valyuta bazarında iştirakı üzən məzənnə rejiminə uyğun həyata keçirilir və hazırda valyuta bazarının tələbatı hərraclar vasitəsilə təmin olunur.

BAKU.WS

Oxşar xəbərlər

Dollar 1,56 AZN oldu, avro da bahalaşır (CƏDVƏL)

Dollar 1,56 AZN oldu, avro da bahalaşır (CƏDVƏL)

Valyuta bazarlarında dollar Azərbaycan manatı qarşısında bahalaşmaqda davam edir. BAKU.WS-in məlumatına görə, ABŞ dolları manat qarşısında səhər saatlarından...

1670 İqtisadiyyat 12:00 25 dekabr 2015

Son xəbərlər