SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıdakı valyutadəyişmə məntəqələri dollar satışını məhdudlaşdırıblar.
 
BAKU.WS-in "Turan"a istinadən məlumatına görə, "exchange" sahibləri "Bizdə dollar yoxdur” deyirlər. Mübadilə məntəqələrinin qiymət siyahısında isə dolların manata nisbətdə adi günlərlə müqayisədə 1 qəpik artıq göstərilir. Alış qiyməti 1,06 manat, satış qiyməti isə 1,07 manadır. 

Eyni vəziyyət Sumqayıt şəhərində də yaranıb. Burada bəzi valyuta-dəyişmə məntəqələrində dolların satış qiyməti hətta 1,08 manat göstərilir. Bundan öncəki yazımızda valyuta dəyişmə məntələrindəki vəziyyəti təqdim etmişdik.

Dünya bazarında neftin kəskin ucuzlaşaraq hər barrel üçün 37 dollara düşməsindən sonra Azərbaycanda dollar təlaşı yaranıb. İnsanlar yaxın günlərdə növbəti devalvasiyanın olacağı gözləntisi ilə əlində olan manatı bacardıqca dollara çevirir. 
 
BAKU.WS